SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərovun Milli Məclisə seçkilərdə namizədliyi qeydə alınıb.


Bu barədə peşəkar hərbçinin özü BAKU.WS-ə məlumat verib. Onun sözlərinə görə, sabahdan təbliğat işlərinə başlayacaq.

"Dünən mən də 2015-ci il Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa qeydə alınmış namizəd kimi rəsmi sənədləri aldım. Bu işdə mənə dəstək olan hər bir kəsə dərindən təşəkkür edir və minnətdarlığımı bildirirəm. İnşallah 3 gündən sonra dairə üzrə rəsmi icazə əsasında görüşlər və təbliğat, təşviqat işlərinə start veriləndən sonra bütün var-gücümüzü sərf edəcəyik ki, millətimizə, xalqımıza layiq ola biləcək Millət Vəkili statusunu əldə edək. Bütün namizdələrə uğurlar arzulayıram”, - deyə Üzeyir Cəfərov bildirib.

Qeyd edək ki, 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa qeydə alınmış namizədlərin sayı 9 olub.

Ziya Səccad

BAKU.WS