SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
 
BAKU.WS-in məlumatına görə, komissiyanın üzvü Mehdi Mehdiyev APA-ya bildirib ki, iclasda 120 müraciətə baxılıb. Onun sözlərinə görə, indiyədək keçirilən iclaslarda ümumilikdə 1000-ə yaxın müraciət araşdırılıb və onların 450-sinə müsbət rəy verilib. Bununla da komissiya işini yekunlaşdırıb.
 
Sonda tövsiyə xarakterli qərar layihəsi hazırlanaraq, ölkə başçısına təqdim olunacaq.
 
Qeyd edək ki, Novruz Bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.
 
BAKU.WS