SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

"Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyəcəksə Rəsmi Bakı bunu reallaşdıracaq".
 
BAKU.WS-in məlumatına görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bunu jurnalistlərin Qarabağla bağlı ünvanladığı suala cavabında deyib.
 
Nazir bildirib ki, danışıqlar nəticə verməsə, erməni qoşunları Azərbaycan torpaqlarından çıxarılmasa, o zaman biz öz ərazi bütövlüyümüzün bərpası üçün özünümüdafiəyə hüququnu tətbiq etməyə məcbur olacağıq.

Onun sözlərinə görə, münaqişə yalnız müstəqilliyin tanınması və Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməsi mümkün ola bilər: "Mənim ölkəmin torpaqlarının bir hissəsinin hərbi işğalı ermənilərin gözlədiyi kimi siyasi nəticə ilə yekunlaşmayacaq", - deyə Azərbaycanın xarici işlər naziri qeyd edib.
 
ŞAHİN Həbibov
BAKU.WS