22 yaşlı gəncin protez dişi ağ ciyərinə batdı - FOTO

22 yaşlı gəncin protez dişi ağ ciyərinə batdı - FOTO
Siyasət 467

Amerika Birləşmiş Ştatlarında 22 yaşlı gəncin taxma dişi ciyərinə batıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Uiskonsin əyalətində yaşayan gənc epilepsiya (beyindəki neyronların anidən və nəzarətsiz şəkildə boşalması) keçirən zaman gümüşdən olan pratezini udub.

Bundan sonra o, şiddətli öskürək və ciyərlərində xışıltı olaması səbəbilə həkimə aparılıb. Orqanları rentgenə salınan zaman ağ ciyərində 4 sm uzunluğunda taxma diş aşkar edilib.

Həkimlər gəncin ağ ciyərindəki protezi çıxarıblar. Müalicələr aparıldıqdan sonra isə o, xəstəxanadan evə buraxılıb.

Son xəbərlər