SİZİN REKLAM BURADA!
055 213 76 73


“Azərbaycan-Türkiyə münasibətlərinin tarixi zirvədə olduğunu qeyd etsək, yanılmarıq”.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında deyib.

“Bu gün apardığımız görüşlər nəticəsində ikitərəfli münasibətlərlə paralel olaraq çoxşaxəli formatlarda da işbirliyimiz barədə fikir mübadiləsi apardıq. Regionda üçtərəfli münasibətlər də bizim üçün əhəmiyyət kəsb edir. Yaxın aylar ərzində bir neçə üçtərəfli formatda görüşümüz həyata keçiriləcək”, - deyə XİN başçısı vurğulayıb.

BAKU.WS