2020-ci ildə dünyada öldürülən media işçilərinin sayı açıqlandı - STATİSTİKA
Yeniliklərdən dərhal xəbərdar olun
2020-ci ilin əvvəlindən bu günə qədər 30 ölkədə fəaliyyət göstərən 83 media nümayəndəsi qurbana çevrilib.
BAKU.WS xəbər verir ki, bu barədə İsveçrənin “Press Emblem Campaign” (PEC) təşkilatı hesabat yayıb.
Hesabatda qeyd olunub ki, ən çox jurnalistlərin ölümlə üzləşdiyi ölkə Hindistandır. Belə ki, bu ölkədə 13 mətbuat nümayəndəsi qətlə yetirilib.
İkinci yerdə 11 ölümlə Meksika qərarlaşıb.
Jurnalistlərin həyatını itirdiyi ölkələrin statistikası belədir: Pakistan (8 nəfər), Əfqanıstan (5 nəfər), İraq (5 nəfər), Filippin (4 nəfər) və Honduras (4 nəfər), Venesuela (3 nəfər), Nigeriya (3 nəfər), Suriya (3 nəfər), Braziliya (2 nəfər), Qvatemala (2 nəfər), Liberiya (2 nəfər) və Somali (2 nəfər).
Daha 16 ölkədə isə 1 media işçisi öldürülüb.
Oxşar xəbərlər
Dünya miqyasında terrorizmdən ən çox təsirlənən ölkə məlum oldu
Mərkəzi Avstraliyada yerləşən İqtisadiyyat və Sülh İnstitutu (IEP) “2020 Qlobal Terrorizm İndeksi”ni açıqlayıb. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, indek...