Azərbaycan səfiri ermənilərə müraciət edib: "Birgəyaşayış istəyirsinizsə sülh prosesini dəstəkləyin”

“Əgər biz insanların birgəyaşayışını istəyiriksə, onda sülh prosesini dəstəkləməliyik”.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov ABŞ-ın “Politico” nəşrinə açıqlamasında deyib.
Diplomat xatırladıb ki, 2020-ci ildə əldə olunmuş razılığa əsasən Ermənistan qanunsuz hərbi birləşmələri Qarabağdan çıxarmalı idi.
E.Süleymanov vurğulayıb ki, azərbaycanlılar heç vaxt ermənilər kimi davrana bilməz: “Ermənilər 90-cı illərdə şəhərlərimizi ələ keçirəndən sonra qətllər törətdilər, qaçqın və köçkünlərimiz oldu. Amma biz onlar kimi davranmırıq”.
Nəşrdə həmçinin, sentyabrın 21-də Yevlaxda Azərbaycan rəsmiləri ilə Qarabağın erməni sakinlərinin nümayəndələri arasında keçirilən görüşünə də toxunulub: “Azərbaycan tərəfi bildirir ki, konstruktiv danışıqlar reinteqrasiya prosesinin başlanğıcıdır. Yəni, Qarabağ erməniləri silahı yeri qoymalıdır”.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...
