Rusiya Qızıl Xaç Cəmiyyətinin yardım maşınının hələ də Xankəndiyə keçidi baş tutmayıb - FOTO

Rusiya Qızıl Xaç Cəmiyyətinin Qarabağdakı ermənilərə göndərdiyi yardım maşınının hələ də Xankəndiyə keçidi baş tutmayıb.
“Report”un əraziyə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, içərisi ərzaqla dolu olan avtomobil hazırda Bərdə şəhərindədir.
Axşam saatları olmasına baxmayaraq, ərzaq dolu yük avtomobili Xankəndi istiqamətinə keçid edə bilməyib.
Keçidin ləngiməsi Qarabağdakı separatçıların növbəti qeyri-konstruktiv mövqeyi ilə yanaşı, Beynəlxalq Qırmızı Xaç Komitəsi və Qərbin Rusiya Qızıl Xaç Cəmiyyətinə təzyiqinin nəticəsi kimi qiymətləndirilir.
Qeyd edək ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədilə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları olan ümumilikdə 1 yük avtomobili ərzaq yükünün Ağdam-Əsgəran yolu vasitəsilə Xankəndi şəhərinə çatdırılması üçün sentyabrın 9-da Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, saat 14:30 radələrində Samur buraxılış məntəqəsindən Azərbaycan ərazisinə keçib.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...
