İtkin düşənlərin qohumları və naməlum meyitlərdən bioloji materialın götürülməsi qaydası müəyyənləşib

İtkin düşənlərin qohumları və naməlum meyitlərdən bioloji materialın götürülməsi qaydası müəyyənləşib
Siyasət 0

Hərbi təcavüz nəticəsində, o cümlədən ərazilərin işğaldan azad olunması dövründə xəbərsiz itkin düşənlərin qohumlarından və naməlum meyitlərdən bioloji materialın götürülməsi qaydası müəyyənləşib.

BAKU.WS xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti “Dezoksiribonuklein turşusu (DNT) analizinin aparılması üçün bioloji materialın götürülməsi, onun uçotu, saxlanılması, istifadəsi, verilməsi və məhv edilməsi Qaydası”nda dəyişiklik edib.

Dəyişiklik məcburi dövlət genom qeydiyyatından keçirilən şəxslərdən bioloji materialın götürülməsi qaydası ilə bağlıdır.

Azərbaycan Respublikasına qarşı hərbi təcavüz nəticəsində, o cümlədən ərazilərin işğaldan azad olunması dövründə xəbərsiz itkin düşmüş şəxslərin bioloji qohumlarından (bioloji valideynlərdən və ya övladları ilə birlikdə ər-arvaddan) bioloji material məhkəmə, əməliyyat-axtarış fəaliyyətini, təhqiqat və ya istintaqı həyata keçirən orqanların qərarına əsasən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (bundan sonra – DTX) əməkdaşı tərəfindən götürüləcək.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində aşkar edilmiş naməlum meyitlərin müayinəsi zamanı da həmin meyitlərdən bioloji material qismində qan, tük, dırnaq, diş, sümük və ya orqanizmin digər ifrazatlarından və ya toxumalarından biri və ya bir neçəsi DTX-nin əməkdaşı tərəfindən götürüləcək.

Azərbaycan Respublikasına qarşı hərbi təcavüz nəticəsində, o cümlədən ərazilərin işğaldan azad olunması dövründə xəbərsiz itkin düşmüş şəxslərin bioloji qohumlarından (bioloji valideynlərdən və ya övladları ilə birlikdə ər-arvaddan) və işğaldan azad olunmuş ərazilərdə aşkar edilmiş naməlum meyitlərdən müvafiq qaydada götürülmüş bioloji material və məlumat DNT analizinin aparılması, DNT profilinin əldə olunması və DNT Məlumat Bankında saxlanılması üçün DTX-nin Hərbi-tibb baş idarəsinə göndəriləcək.

Son xəbərlər