SİZİN REKLAM BURADA!
055 213 76 73


Moldovanın paytaxtı Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel, Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makronun qeyri-rəsmi görüş pozitiv müstəvidə keçib.

Qərara alınıb ki, 21 iyul Brüsseldə üçtərəfli görüş keçirilsin və bu dövr ərzində də XİN başçıların Vaşingtonda növbəti görüş keçiriləcək. Vaşingtonda əsas danışıqlar sülh müqaviləsi ilə bağlı olacaq.

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəsilə aparılan danışıqlar isə daha çox koordinasiya xarakteri daşıyır.

Fransa və Almaniya iştiralı bütövlükdə qeyri formal xarakter daşıyıb.

Burada əsas müzakirələr Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin dəstəyi ilə 3-tərəfli formatda aparılır.

Görüşlərdə əsasən bir daha sülh müqaviləsi üzrə danışıqların intenstivləşdirilməsinin vacibliyi qeyd olunub.

BAKU.WS