SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistanın baş nazirinin müavini Mger Qriqoryan Azərbaycan və Rusiyadan olan həmkarları ilə bu həftə keçirilməsi planlaşdırılan görüşdə hansı məsələlərin müzakirə olunacağını açıqlayıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, o, jurnalistlərə açıqlamasında kommunikasiyaların açılmasına dair fikir mübadiləsinin aparılacağını və bunun gündəlikdə yeganə məsələ olduğunu deyib.

Qeyd edək ki, daha əvvəl Rusiya Baş nazirinin müavini Aleksey Overçuk belə bir görüşün bu həftə ərzində baş tutacağını söyləmişdi.

BAKU.WS