Ərdoğanı ilk təbrik edən Azərbaycan Prezidenti olub

28
may
2023
22:14
Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində seçki qutularının açılması davam edərkən Prezident Rəcəb Tayyib Ərdoğanı ilk təbrik edən lider Azərbaycan Prezidenti İlham Əliyev olub.
BAKU.WS bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Türkiyə mediası Prezident İlham Əliyevin təbrikini “Prezident Ərdoğanın zəfərinə ilk təbrik qardaş Azərbaycandan gəldi” başlığı ilə yayıb.
Türkiyə mediası Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanı Azərbaycana rəsmi səfərə dəvət etməsini də xüsusi vurğulayıb.
Oxşar xəbərlər
Milli Məclisin yeni tərkibi - SİYAHI
Konstitusiya Məhkəməsi Plenumu 9 fevralda keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticəsini təsdiqlədikdən sonra VI çağırış Milli Məclisin yeni tərkibi...
