SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.

Bu barədə o “Facebook”da paylaşım edib.

“Dost Azərbaycanı Müstəqillik Günü münasibəti ilə təbrik edirəm!

Məhz bu gün, düz 105 il əvvəl müstəqil Azərbaycan Demokratik Respublikası elan olunmuşdur.

Bu hadisə Azərbaycan xalqının tarixində ölkənin birliyinə, eləcə də müsəlman Şərqində ilk demokratik respublikanın yaranmasına işarə edən ən parlaq səhifələrdən biridir.
Azərbaycan Demokratik Respublikası o dövrün bir çox qabaqcıl təcrübəsinin əsasını qoymuş, bəzi ölkələrlə, o cümlədən Ukrayna ilə diplomatik əlaqələr qurmuşdur.

Müasir Azərbaycan öz əcdadlarının uğurlarını dəfələrlə artırmış, apardığı uğurlu daxili və xarici siyasət sayəsində beynəlxalq aləmdə öz mövqelərini inkişaf etdirir və möhkəmləndirir.

Fürsətdən istifadə edərək, dost Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram!”, - paylaşımda qeyd olunub.

BAKU.WS