SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan ordusu tərəfdən açılan atəş nəticəsində Ermənistan Silahlı Qüvvələrinin daha bir hərbçisi yaralanıb.

Bununla bağlı məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, saat 23:10-a olan son vəziyyətə görə, Ermənistan silahlı qüvvələrinin itkisi bir ölü, iki yaralıdır.

Atəşin intensivliyində azalma davam edir.

***22:25

“Ermənistan Silahlı Qüvvələrinin bir hərbçisi ölüb, daha biri yaralanıb”.

BAKU.WS xəbər verir ki, bu barədə “aysor.am” saytı məlumat yayıb.

Bİldirilir ki, itkilər Azərbaycan ordusu tərəfdən açılan atəş nəticəsində baş verib.

Əlavə edilib ki, axşam saatlarında atəşin intensivliyində azalma müşahidə olunub.

BAKU.WS