Bakıdakı Türk Şəhidliyində Çanaqqala zəfəri anılıb - FOTO

18
mar
2023
11:04
Bu gün Bakıda Türk Şəhidliyində 18 Mart Çanaqqala Şəhidləri Günü və Çanaqqala zəfərinin 108-ci ildönümü münasibəti ilə anım mərasimi keçirilib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, mərasimdə Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri və bir sıra rəsmi şəxslər iştirak ediblər.
Mərasimin açılışında Çanaqqala qurbanları yad edilib, Azərbaycan və Türkiyənin Dövlət Himnləri səsləndirilib.
Tədbir iştirakçıları Türk Şəhidliyindəki xatirə abidəsinin qarşısına əklillər qoyublar.
Mərasim Şəhidlər xiyabanını ziyarətlə başa çatıb.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub - YENİLƏNİB - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbayca...
