VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət növbəti iki təyyarə qardaş ölkəyə yola salınıb.

Oxu.az-ın məlumatına görə, yola salınan təyyarələrin heyəti 41 nəfərdən ibarətdir. Onların 34 nəfəri tibbi heyətdir. Əməkdaşların Türkiyənin hansı ərazilərində xidmət göstərəcəklərinə Türkiyəyə çatdıqdan sonra qərar veriləcək.

***09.26

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərinə çatıb.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, günün ikinci yarısından sonra Adananın Şakir Paşa Hava Limanından yola düşün Azərbaycanın xilasediciləri artıq Kahramanmaraşa gəliblər.

Azərbaycan FHN-in əməkdaşları baş vermiş zəlzələlərin nəticələrini aradan qaldırmaq üçün hazırda hadisə yerindədirlər.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədi ilə FHN-in 420 nəfər şəxsi heyəti qardaş ölkəyə göndərilib.

 

BAKU.WS