SİZİN REKLAM BURADA!
055 213 76 73


"Bəzi ölkələrin və onların buradakı səfirliklərinin sosial şəbəkələrdə yayılan videogörüntülərlə bağlı birtərəfli mövqe tutur və bu da bizi narahat edir".

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, prosesə müdaxilə ikili standartlardan xəbər verir: "Ermənistan ərazisində müharibə getməyib, əhali əziyyət çəkməyib. Videolar araşdırılmalıdır və nəticəsi barədə dəqiq məlumat verilməlidir".

BAKU.WS