Türkiyənin müdafiə naziri: “Ermənistan təxribatlardan əl çəkməlidir”

04
okt
2022
16:50
“Ermənistan təhrik və təxribatlardan əl çəkməlidir”.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
O bildirib ki, Ermənistan regional əməkdaşlığa köklənməli, uzadılan sülh əlini tutmalıdır.
H.Akar sərhəddəki şəhid olan əsgərlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyib: “Türkiyə olaraq bu günədək olduğu kimi bundan sonra da azərbaycanlı qardaşlarımızla tək yumruq olmağa davam edəcəyik. Hər zaman can Azərbaycanın yanındayıq. Azərbaycan heç vaxt tək deyil”.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...
