13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

44 günlük müharibədə İranın Ermənistana verdiyi bir neçə təklif müharibənin mahiyyətini və nəticəsini dəyişə bilərdi.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə erməni politoloq Stepan Danielyan çıxış edib.

S. Danielyan keçirilən mətbuat konfransında bildirib ki, Ermənistan cəmiyyəti baş nazir Nikol Paşinyanın 44 günlük müharibədə İranın hansı təklifləri dən imtina etdiyini bilsə, şoka düşəcək:
“Sual yaranır: niyə imtina edildi?”

Erməni ekspertin fikrincə, İrana qarşı yönəlmiş müharibədə Türkiyə, İsrail, İngiltərə də çıxış edir.

O, 2018-ci ildə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Boltonun Ermənistana səfəri zamanı İranla sərhədin bağlanması təklifini xatırladıb:

“2018-ci ildə Ermənistana səfəri zamanı Bolton erməniləri stereotiplərdən qurtulmağa çağırıb, ABŞ-ın Ermənistan və ermənilərin Türkiyəyə münasibətində maraqlı olduğunu bildirib. Bolton indiki hakim rejimin Ermənistanda hakimiyyətə gəlməsini dəstəkləmək üçün ödəməli olduğu qiyməti deyib. Bu, 2018-ci ildə hakimiyyət dəyişikliyi üçün şərt idi”.

BAKU.WS