Ermənistan KTMT-nin Qazaxıstandakı təlimlərində iştirak etməyəcək

Ermənistan KTMT-nin Qazaxıstandakı təlimlərində iştirak etməyəcək
Siyasət 49

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxstanda keçiriləcək təlimlərində iştirakdan imtina edib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət nəzərə alınmaqla Ermənistan silahlı qüvvələrinin bölmələrinin KTMT-nin Qazaxstanda keçiriləcək təlimlərində iştirakdan imtina edilməsi qərara alınıb.

Qeyd edək ki, Qazaxstanda KTMT-nin çevik reaksiya qüvvələrinin təlimləri sentyabrın 26-dan oktyabrın 8-dək keçirilməsi planlaşdırılıb.

Son xəbərlər