Cahit Bağçı məcburi köçkün ailələrinin övladlarını sevindirdi - FOTO

Türkiyənin Azərbaycandakı səfiri Tərtərə səfər edib.
BAKU.WS xəbər verir ki, səfir bu barədə tviter hesabında məlumat verib.
Səfər çərçivəsində Cahit Bağçı Türkiyə səfirliyinin və Qızıl Aypara Cəmiyyətinin birgə dəstəyi ilə məcburi köçkün ailələrinin övladları üçün quraşdırılan müxtəlif əyləncə qurğularının açılışı mərasimində iştirak edib.
“Qarabağın ermənilər tərəfindən işğalı nəticəsində minlərlə şəhid verib öz doğma yurdlarından didərgin düşərək Tərtərdə, Ağdamda, Füzulidə yaşayan bacı-qardaşlarımızın övladları üçün 16 kənd məktəbində müxtəlif oyun qurğularını quraşdırıb onları sevindirdik. Qayıdışda da sizin yanınızda olacağıq”, - Cahit Bağçı qeyd edib.
#Kızılay gönül köprüsü bir projeyle Azerbaycan’da.
— Cahit Bağcı (@cahitbagci) September 26, 2022
Karabağ’ın Ermeniler tarafından işgalinde binlerce şehit vererek yurtlarından ayrılan kardeşlerimizin yaşadığı Terter,Ağdam, Fuzuli’de 16 köy okuluna oyun grubu kurarak yavruları sevindi.
Geri dönüşünüzde de yanınızda olacağız. pic.twitter.com/aCZhMdWCTs
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...
