VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İndi Azərbaycan işğaldan azad edilmiş ərazilərində misli görünməmiş bərpa və yenidənqurma fəaliyyətlərinə başlayıb və onların tam reinteqrasiyası prioritet təşkil edir.

BAKU.WS xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının ümumi müzakirələri çərçivəsində çıxışı zamanı deyib.

Nazir bildirib ki, davam edən bərpa və yenidənqurma işlərinə və məcburi köçkünlərin təhlükəsiz geri qayıtmasına əsas maneələrdən biri işğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı qurğularla kütləvi şəkildə çirklənməsi və Ermənistanın minalanmış ərazilər haqqında dəqiq və dolğun məlumat verməkdən davamlı imtina etməsidir. Qeyd olunub ki, üçtərəfli Bəyanatın imzalanmasındaN indiyədək mina partlayışları nəticəsində 240-dan çox Azərbaycan vətəndaşı və hərbçisi həlak olub və ya ağır yaralanıb.

Ceyhun Bayramov diqqətə çatdırıb ki, Azərbaycan üçün minalarla mübarizədə milli imkanları artırmaq məqsədilə texniki və maliyyə yardımından əlavə, mina sahələrinin xəritələrinin əldə edilməsi çox vacibdir. “Bu xüsusda, BMT-nin davamlı dəstəyi, adekvat və proqnozlaşdırıla bilən mina fəaliyyətinin maliyyələşdirilməsi zəruridir”, - deyə Azərbaycanın xarici işlər naziri vurğulayıb.

BAKU.WS