SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikası Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Eduar Məmmədov DİN-in İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

BAKU.WS xəbər verir ki, Eduard Məmmədov ona göstərilən etimada görə təşəkkür edib:

“Bu etimadı mənə göstərdiklərinə görə Daxili İşlər Naziri general-polkovnik cənab Vilayət Eyvazova və DİN-in İdman Cəmiyyətinin sədri polis polkovniki xanım Zemfira Meftaxetdinovaya öz minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Mən polis polkovnik-leytenantı Eduard Məmmədov hər zaman olduğu kimi bundan sonra da millətimə, dövlətimə şərəf və vicdanla xidmət edəcəyəm.

BAKU.WS
QALEREYA