İqtisadiyyat Nazirliyində yeni təyinat - FOTO

İqtisadiyyat Nazirliyində yeni təyinat - FOTO
Foto
Siyasət 263

İqtisadiyyat Nazirliyinin tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) rəqəmsal iqtisadiyyat şöbəsinə müdir təyin edilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu vəzifə Cavid Abdullayevə həvalə olunub.

O, bundan əvvəl Dövlət Turizm Agentliyinin (DTA) Beynəlxalq əlaqələr şöbəsinin xarici ölkələrlə əməkdaşlıq sektorunun müdiri işləyib.

4SİM Prezident İlham Əliyevin 6 yanvar 2021-ci il tarixli fərmanı ilə yaradılıb, publik hüquqi şəxsdir. Mərkəz Azərbaycanla IV Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı və bu sahədə əlaqələndirməni, habelə rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirir.

Oxşar xəbərlər

Prezident bu şəxsləri əfv etdi  - SƏRƏNCAM

Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...

9810 Siyasət 16:02 18 mart 2021

Son xəbərlər