“3+3” platformasının növbəti iclası Tehranda keçiriləcək

“3+3” platformasının növbəti iclası İranın paytaxtı Tehranda keçiriləcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian iyulun 4-də azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.
Xatırladaq ki, “3+3” regional məşvərət platformasının birinci iclası Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə xarici işlər nazirləri müavinlərinin, İran XİN Baş direktorunun sədrliyi ilə 2021-ci il dekabr ayında Moskva şəhərində keçirilib. Gürcüstan Xarici İşlər Nazirliyi bu platformada iştirak etməyəcəyini bildirmişdi.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranda rəsmi səfərdədir.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...
