SİZİN REKLAM BURADA!
055 213 76 73


Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinə yeni rəhbər təyin olunub.

BAKU.WS Report-a istinadla xəbər verir ki, bu vəzifəyə xanım Draqana Kojiç təyinat alıb.

Qeyd olunub ki, o, bu postda səlahiyyətləri başa çatmaqda olan Arian Baueri əvəzləyib.

BQXK-nın Azərbaycan Nümayəndəliyindən bildirilib ki, D.Kojiç hazırda qurumun Pakistandakı Nümayəndəliyinin rəhbəridir. O, avqustun 1-dən Azərbaycanda rəsmi şəkildə vəzifəsinin icrasına başlayacaq.

BAKU.WS