SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putin arasında görüş başlayıb.
 
BAKU.WS-in məlumatına görə, görüşdə iki ölkə arasında iqtisadi-siyasi məsələlər müzakir edilib. Putin görüşdə qeyd edib ki, Rusiya hər cür çevriliş cəhdinin əleyhinədir:
 
"Çevriliş cəhdinin ardından ilk zəng edən liderlərdən biri mənəm. Türk xalqının bu çətinliklərin öhdəsindən gələcəyinə inanıram. Ticarət və iqtisadi əlaqələrin yenidən qurulması mövzusunu bu görüşdə müzakirə edəcəyik". 
 
Türkiyə prezidenti Ərdoğan isə görüş zamanı qurulacaq yeni əlaqələrdən danışıb. O bildirib ki, atacağımız addımlarla çox daha fərqli bir prosesə qədəm qoyulacaq. 
 
BAKU.WS