Fransa XİN Brüsseldəki üçtərəfli görüşə münasibət bildirdi

"Fransa mayın 22-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüsseldə baş tutan görüşün nəticələrini alqışlayır".
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.
Fransa XİN-in bəyanatında bildirilib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən görüş Azərbaycan və Ermənistanın İkitərəfli Sərhəd Komissiyasının iclasının keçirilməsi barədə razılığa gəlməsi ilə nəticələndi.
"Fransa Aİ-nin himayəsi altında Ermənistan və Azərbaycan arasında dialoqu dəstəklədiyini bir daha bəyan edir və Avropa İttifaqı Şurasının sədri və ATƏT-in Minsk qrupunun həmsədri kimi bu dialoqa milli zəmində töhfə verəcək", bəyanatda qeyd olunub.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...
