SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan-Fransa arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədər Fransanı təbrik edib.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan XİN tviterində paylaşım edilib.

“Bu gün Azərbaycan və Fransa arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Bu münasibətlə Fransa Respublikasının hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq. Azərbaycan-Fransa əməkdaşlığının daha da inkişafını səbirsizliklə gözləyirik”, - deyə tvitdə qeyd olunub.

BAKU.WS