142 saat sonra dağıntılar altından çıxarılan müəllimin ilk istəyi hər kəsi maraqlandırdı - FOTO

142 saat sonra dağıntılar altından çıxarılan müəllimin ilk istəyi hər kəsi maraqlandırdı - FOTO
Siyasət 326

Türkiyədə xilasedicilər durmadan çalışır.

BAKU.WS xəbər verir ki, Hatayda çökən 8 mərtəbəli binada axtarışlar zamanı 32 yaşlı Meltem müəllim sağ çıxarılıb.

142 saat uçqun altında çıxarılan şəxsin ilk istəyi çay içmək olub. Onu xəstəxanaya yerləşdiriblər.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

Qeyd edək ki, fevralın 6-da baş verən zəlzələdə ölənlərin sayı 29 605 nəfərə çatıb.

142 saat sonra dağıntılar altından çıxarılan müəllimin ilk istəyi hər kəsi maraqlandırdı - FOTO

Son xəbərlər