DİN: "Bu il Azərbaycanda adamların girov götürülmə faktı qeydə alınmayıb”

07
dek
2021
10:11
"Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda adamların girov götürülmə faktı qeydə alınmayıb”.
BAKU.WS xəbər verir ki, bunu "report"un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Onun sözlərinə görə, 2021-ci ilin ötən dövründə cinayətlərin açılma faizi orta hesabla 90 faizə yaxındır: “Elə cinayətlər var ki, xüsusən şəxsiyyət əleyhinə olan cinayətlərin 100 faiz açılması təmin edilib. Bu il adamların girov götürülmə faktı qeydə alınmayıb”.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...