Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası mexanizmlərinin yaradılacağı tarix bəlli oldu

26
noy
2021
21:15
İlin sonuna kimi Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və delimitasiyası mexanizmləri yaradılacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin çıxış edib.
V.Putin qeyd edib ki, sərhədlərin demarkasiya və delimitasiyası ilə bağlı heç bir maneə yoxdur.
Rusiya lideri Soçidə Azərbaycan və Ermənistan liderləri ilə keçirilmiş görüşü məhsuldar adlandırıb:
"Biz çox konstruktiv işlədik, vəziyyəti dərindən təhlil etdik".
V.Putin deyib ki, gələn həftə baş nazirin müavinləri səviyyəsində görüş keçiriləcək.
Oxşar xəbərlər
İlham Əliyevin Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsi - TAM MƏTN - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya m...
