Zəngilanda liderlərin tarixi görüşü baş tutacaq - VİDEO

26
okt
2021
16:10
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramında Zəngilanın Ağalı kəndinə ziyarət önəmli yer tutacaq.
Bu barədə “Haber Global”ın Zəngilanın Ağalı kəndindən hazırladığı reportajda qeyd olunub.
Türkiyə lideri Zəngilanın Ağalı kəndində rəsmi mərasimlə qarşılanacaq.
Belə ki, Ağalı kəndinə ziyarət çərçivəsində Azərbaycan və Türkiyə prezidentlərinin əvvəlcə təkbətək işgüzar naharı, daha sonra isə heyətlərin iştirakı ilə geniştərkibli görüşü keçiriləcək.
Daha sonra liderlər mətbuata birgə açıqlama verəcəklər.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşüblər - YENİLƏNİB - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 20-də Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər...
