VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” ("Teleradio") İstehsalat Birliyinə (İB) baş direktor təyin edilib.

BAKU.WS xəbər verir ki, bu barədə "Report"a qurumdan bildirilib.

Məlumata görə, bu, indiyə qədər baş direktor vəzifəsini müvəqqəti icra edən Mikayıl Abbasovdır.

O, 1970-ci ildə Ermənistanda anadan olub, 1993-cü ildə Azərbaycan Texniki Universitetinin “Avtomatika və hesablama texnikası” fakültəsinin “Sənaye elektronikası” ixtisasını fərqlənmə diplomu ilə bitirib.

M.Abbasov 1994-cü ildə "Teleradio" İB-nin “Peyk rabitəsi” sexində böyük elektromexanik vəzifəsində işə başlayıb, 1995-ci ildən həmin sexin rəisi olub, 1998-ci ildən Peyk və radio-televiziya yayımı müəssisəsinin baş mühəndisi vəzifəsində çalışıb, 1999-ci ildən Texniki şöbənin rəisi vəzifəsində çalışıb, 2004-cü ildən İB-in baş mühəndisi, 2006-cı ildən texniki direktoru vəzifəsinə təyin olunub, bu ilin mart ayından isə baş direktor vəzifəsini müvəqqəti icra edib.

O, 2007-ci ildə Rabitə Nazirliyinin əmri ilə "Rabitə ustası" adı, 2008-ci ildə isə ölkə prezidentinin sərəncamı ilə "Əməkdar mühəndis" fəxri adı alıb, 2017-ci ildə isə dövlət başçısının sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

M.Abbasov türk, rus, ingilis dillərini bilir, ailəlidir, iki övladı var.

BAKU.WS