VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hava nəqliyyatı vasitəsilə daha 23 ölkənin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilib.

BAKU.WS Nazirlər Kabinetinə istinadən xəbər verir ki, bununla bağlı “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda müvafiq dəyişiklik edib. Həmin ölkələr aşağıdakılardır: 

Argentina Respublikası;

Avstraliya İttifaqı;

Braziliya Federativ Respublikası;

Bruney Darüssalam;

Cənubi Koreya Respublikası;

Çili Respublikası;

Ekvador Respublikası;

Kamboca Krallığı;

Kosta Rika Respublikası;

Kuba Respublikası;

Küveyt Dövləti;

Qazaxıstan Respublikası;

Maldiv Respublikası;

Meksika Birləşmiş Ştatları;

Mərakeş Krallığı;

Monqolustan;

Monteneqro;

Norveç Krallığı;

Oman Sultanlığı;

Panama Respublikası;

Salvador;

Uruqvay Şərq Respublikası;

Yeni Zelandiya.

Bu Qərarda nəzərdə tutulan COVID-19 pasportu tələbi müəyyən edilən hallarda COVID-19 infeksiyası əleyhinə peyvəndə əks-göstərişi müəyyən edilmiş şəxslərdən əks-göstəriş sertifikatının olması tələb olunur.

BAKU.WS