Ermənistanda keçirilmiş parlament seçkilərinin nəticələrinə əsasən, Nikol Paşinyan qalibdir.

Hərçənd ki, Ermənistan Azərbaycanla müharibədə diz çökdü, biabırçı kapitulyasiyaya imza atdı, bununla belə erməni xalqı ən pislər arasında ən yaxşını seçməyə üstünlük verdi.

Bunun səbəbləri çoxdur:

Birincisi, əvvəlki hakimiyyətlərin işğalçılığı sayəsində ölkə blokadaya düşmüşdü, bütün beynəlxalq və regional layihələrdən kənarda idi.

İkincisi, Vətən müharibəsində Azərbaycanın qələbəsi Ermənistan cəmiyyətindəki, siyasi idarəetməni daha da dərinləşdirdi.

Seçkidə isə Paşinyana yatırım edilməsi yorulmuş və əzgin düşmüş erməni cəmiyyətinin gələcəyə nikbin ümidlərinin göstəricisidir.

Erməni cəmiyyəti başa düşür ki, Qarabağdakı biabırçı məğlubiyyətin əsas baiskarları qatil Robert Koçaryan və Serj Sarqsyan cütlüyüdür.

Koçaryan-Sarqsyan tandeminin siyasəti nəticəsində Ermənistan regionun siyasi və iqtisadi həyatına yalnız həsrətlə baxıb, ölkə iqtisadiyyatı uçuruma yuvarlanıb.

Azərbaycanın diplomatik həmlələri erməni yalanlarının getdikcə daha çox ifşa olunması, müharibəyə güclü hazırlıq qələbəni təmin edən əsas faktorlar idi.

Prezident İlham Əliyevin strateji hədəflərini düzgün müəyyənləşdirməsi müharibə zamanı Azərbaycana həm diplomatiyada, həm də döyüş meydanında böyük üstünlüklər qazandırdı, qələbəni sürətləndirdi.

Azərbaycanın müzəffər ordusunun döyüş meydanında erməni hərbçilərini, mövqelərini məhv etmələri, erməni cəmiyyətinə vurulan böyük sillə idi.

Miflərlə yaşayan erməni cəmiyyəti məhz məğlubiyyətdən sonra reallıqları dərk etməyə başlayırlar.

Vəziyyət o yerə çatır ki, ölkədə siyasi, iqtisadi böhranlarla yanaşı, intellektual böhran da yaranır, erməni cəmiyyəti məğlubiyyət sindromunun ağır zərbələri altında inildəyir.

Bu gün Azərbaycanın Qarabağı azad etməsi ilə yanaşı, Ermənistanla sərhədlərini müəyyənləşdirməsi ermənilərin olan-qalan ümidlərini də boşa çıxarır.

Artıq Ermənistanda revanşist hisslər və işğalçı bəyanatlar aktual deyil, bu gün ermənilər ölkələrini uçurumun dibindən çıxarmağın yollarını axtarırlar.

Ona görə də mənasız və məntiqsiz revanşist bəyanatlar onlara xoş deyil, bu isə Koçaryan-Sarqsyan tandeminə qarşı ən böyük zərbədir. Bu gün “Qarabağ klanı” heç kimə lazım deyil, çünki onlar tarixin zibilliyində eşələnən marginallardır.

Hərçənd Robert Koçaryan ümidlərini Rusiyaya bağlamışdı, Moskva hər vəchlə əl quzusuna çevirdiyi Koçaryanı hakimiyyətə gətirmək istəyirdi, lakin planları baş tutmadı.

Ermənistanın bundan sonrakı inkişafı isə rəsmi İrəvanın konstruktiv mövqe nümayiş etdirməsindən asılıdır. Artıq formalaşmış yeni geosiyasi reallığın yaratdığı imkanlardan Ermənistan da bəhrələnə və dinc həyatını qura bilər. Təbii ki, istəsə. İstəməsə, yenə əvvəlki ritorikaya müraciət etsə, o zaman başında ikinci “Dəmir yumruq” görəcək.

Qeyd edək ki, Ermənistanda Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 1 281 911 bülleten sayıldıqdan sonra Nikol Paşinyanın partiyasının 53,92% (687 251 seçici), keçmiş prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun isə 21,04% (268 165 seçici) səs topladığı təsdiqlənib.

Serj Sarqsyanın dəstəklədiyi “Mənim şərəfim var” bloku 5,23% (66 633 seçici), “Çiçəklənən Ermənistan” partiyası isə 3,96% (50 416 seçici) seçicinin dəstəyini qazanıb.//oxu.az

BAKU.WS