SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistanda növbədənkənar parlament seçkilərində səslərin 100 faizi hesablanıb.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasından bildirilib.

Məlumata əsasən, ölkənin baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası seçkilərdə 53,92 faiz səs toplayıb. Paşinyanın partiyasına təkbaşına hökuməti formalaşdırmaq üçün 0,08 faiz səs çatmayıb.

Səsvermədə ikinci yeri 21,04 faiz səslə Robert Koçaryanın "Ermənistan" bloku tutub. Üçüncü yerdə 5,23 faiz səslə Serj Sarkisyanın "Şərəfim var" bloku qərarlaşıb.

***08:10

Ermənistanda növbədənkənar parlament seçkilərində səslərin 95,8 faizi hesablanıb.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasından bildirilib.

Məlumata əsasən, ölkənin baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası seçkilərdə 54,21 faiz səslə liderlik edir.

Bildirilir ki, ikinci yerdə 20,89 faiz səslə Robert Koçaryanın "Ermənistan" bloku, üçüncü yerdə isə 5,25 faiz səslə Serj Sarkisyanın "Şərəfim var" bloku qərarlaşıb.

BAKU.WS