Çavuşoğlu: “Şuşada Azərbaycanla bərabər Türkiyə bayrağı da dalğalanacaq”

“Rəsmi hazırlıqlarımız başa çatdıqdan sonra Şuşada baş konsulluq açılacaq və Türkiyənin Xarici İşlər Nazirliyi olaraq ən qısa zamanda oraya əməkdaşlarımızı göndərəcəyik və Şuşada Azərbaycanla bərabər Türkiyə bayrağı da dalğalanacaq”.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə iyunun 18-20-də Türkiyənin Antalya şəhərində keçirilən “Antalya Diplomatiya Forumu”nun (ADF) bağlanış mərasimində çıxış edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərin sualların cavablandırarkən bildirib.
Nazir deyib ki, Türkiyənin Şuşada Baş Konsulluğunun açılması başqa bir məna kəsb edir.
İki lider tərəfindən imzalanan Şuşa Bəyannaməsini dəyərləndirən M.Çavuşoğlu deyib ki, bu sənəd Türkiyə ilə Azərbaycan arasındakı ittifaqın ən yüksək səviyyədə olacağının sübutudur.
Oxşar xəbərlər
Prezident AzTV-yə müsahibə verdi - TAM MƏTN
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirakı çərçivəsində Azərb...