Deputatlar arasında mübahisə düşdü - YENİLƏNİB

Deputatlar arasında mübahisə düşdü - YENİLƏNİB
Siyasət 424

Milli Məclisin deputatı Kamal Cəfərov həmkarı Qüdrət Həsənquliyevin tənqidinə münasibət bildirib.

K.Cəfərov BAKU.WS-ə açıqlamasında dövlət qulluqçusu ilə deputatın funksiyalarını kifayət qədər yaxşı bildiyini deyib.

“Hər iki vəzifənin əsas məqsədi xalqın xidmətçisi olmaqdır”, - deyə o əlavə edib. Millət vəkili qeyd edib ki, statusdan asılı olmayaraq özünü xalqın xidmətçisi hesab edir.

“Həmkarımın isə fərqli düşüncəsi ola bilər. Digər tərəfdən, dövlət qulluğuna qəbul zamanı test imtahanının əsas məqsədi korrupsiya hallarının qarşısını almaq, müvafiq bilik və bacarığı olan namizədlərin vəzifəyə təyin edilməsidir. Vaxtı ilə bu qanunun qəbulu zamanı məqsəd də bu olub. İlkin görünüşdən Qüdrət müəllimin dövlət qulluğuna bütün vəzifələr üzrə qəbulun yalnız müsahibə yolu ilə keçirilməsi təklifi yaxşı səslənsə də, hesab edirəm ki, bu, dövlət qulluğu sahəsində korrupsiya və ədalətsizliyə yol aça bilər”, - deyə K.Cəfərov fikrini yekunlaşdırıb.

***

Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev həmkarı Kamal Cəfərovu tənqid edib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Q.Həsənquliyevin tənqidinə səbəb K.Cəfərovun dövlət qulluqçusu ilə deputat statusunu eyniləşdirməsi cəhdi olub.

Q.Həsənquliyev qeyd edib:

“Dövlət qulluğu haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı dövlət qulluqçularının hər 5 ildən bir imtahan verərək sertifikat alması ilə bağlı məsələyə toxundum. Deputat Kamal Cəfərov isə mənə cavabında Milli Məclisin deputatlarının da 5 il müddətinə seçildiyini qeyd etdi”.

Q.Həsənquliyev həmkarını deputatla dövlət qulluqçusunun səlahiyyətlərini ayırd edə bilməməkdə təqsirləndirib:

“Parlament seçkili orqandır, deputatlar xalq tərəfindən seçilirlər və mütəmadi olaraq xalq qarşısında hesabat verirlər. Deputatla dövlət qulluqçusunu eyniləşdirmək düzgün yanaşma deyil”.

Son xəbərlər