Rusiya hökumətinin sədri Əli Əsədova zəng edərək Moskvaya dəvət edib

Rusiya hökumətinin sədri Əli Əsədova zəng edərək Moskvaya dəvət edib
Siyasət 201

Rusiya hökumətinin sədri Mixail Mişustin Azərbaycan baş naziri Əli Əsədova telefonla zəng edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, telefon danışığı əsnasında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin artmasından və qarşılıqlı tədarük olunan məhsul çeşidinin genişlənməsindən məmnunluq ifadə edildi.

Hacıqabul Sənaye Məhəlləsində "GAZel-NEXT" və "GAZon NEXT" kommersiya yük maşınlarının yığım istehsalı zavodunun istismara verilməsi məmnuniyyətlə vurğulandı.

Həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olundu.

Mixail Mişustin Əli Əsədovu Rusiyaya rəsmi səfərə dəvət etdi. Dəvət minnətdarlıqla qəbul edildi.

Son xəbərlər