SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qurd" ləqəbi ilə tanınan məşhur reper Fərid Eminova Bakı Nəqliyyat Agentliyində vəzifə verilib.

BAKU.WS “index.az”a istinadən xəbər verir ki, F.Eminova Agentlikdə Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) üzrə şöbənin rəhbəri təyin edilib.

BNA-dan bu məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, reper öz fəaliyyətinə 2000-ci ildə "Dəyirman" qrupunda başlayıb. İlk albomu (kaset) 2001-ci ildə "Allahım" olub. 2005-ci ildə "Klan-A-Plan" qrupu yaradılıb və bu qrupun üzvü olub. "Klan-A-Plan" qrupu öz fəliyyətini 2012-ci ildə dayandırıb.

2007-2010-cu illərdə öz rep fəaliyyətini tamamilə dayandırıb. 2010-cu ildə "Klan-A-Plan" qrupunun üzvü Rüfət Ryder rəhmətə gedəndən sonra 2010-2012-ci illərdə öz fəaliyyətini yenidən bu qrupda davam etdirib. 2012-ci ildə qrup dağılandan sonra solo karyerasında öz məşhurluğunu qazanıb. Məşhur mahnıları “Rəqs edir hər kəs”, “Tapın Onu” , “Tək-tək” , ”Apar məni”, ”Kayfla yaşa”, ”Tar”, ”İlk öpüş” , ”Babat-babat”, "Bana-Bana", "Dincəleyşin" və s. olub. Qurd ölkənin müxtəlif bölgələrində böyük dinləyici kütləsi üçün solo konsertlər verib. Ən böyük konserti Naxçıvanda, ikinci ən böyük konserti Şəki şəhərində baş tutub – konsertdə 6000 (altı min) dinləyici iştirak edib. Şəxsi "Youtube" kanalında 50 000 000-dan çox izlənməsi var.

BAKU.WS