"Azərbaycan Dəmir Yolları"nın Müşahidə Şurasının tərkibi təsdiqlənib
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” QSC-nin Müşahidə Şurasının tərkibini təsdiq edib.
BAKU.WS xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı sərəncamla Müşahidə Şurasının tərkibi aşağıdakı kimi təsdiqlənib:
Müşahidə Şurasının sədri
Rəşad Nəbiyev – nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
Müşahidə Şurasının üzvləri
Emin Hüseynov – Birinci vitse-prezidentin köməkçisi
Azər Mursaqulov – Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru
Ruslan Əlixanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru
Emil Məcidov – Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müşaviri.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...