Yeni şəxsiyyət vəsiqəsi ilə bağlı YENİLİK - Aprelin 1-dən qüvvəyə minəcək

Yeni şəxsiyyət vəsiqəsi ilə bağlı YENİLİK - Aprelin 1-dən qüvvəyə minəcək
Siyasət 4508

Türkiyə və Azərbaycan arasında yeni tip şəxsiyyət vəsiqələri ilə səfərlərin başlanacağı tarix açıqlanıb.

BAKU.WS-in “Report”a istinadən verdiyi məlumata görə, Türkiyənin Baş Polis İdarəsindən bildirilib ki, bununla bağlı qərar aprelin 1-dən qüvvəyə minəcək.

“İki dövlət, bir millət! Türkiyə ilə Azərbaycan artıq daha yaxındır... İki ölkə vətəndaşları 2021-ci ilin aprelin 1-dən etibarən yeni tip şəxsiyyət vəsiqələri ilə qarşılıqlı səyahət həyata keçirə biləcəklər. Vizasız qalma müddəti 30 gündən 90 günədək artırılıb”, - qurumdan bildirilib.

Son xəbərlər