SİZİN REKLAM BURADA!
055 213 76 73


Fevralın 26-da Prezident İlham Əliyevin dörd saatdan çox davam edən mətbuat konfransında bir sıra aktual məsələlərin səsləndirilməsi beynəlxalq medianın diqqətini üzərinə çəkib.

Ümumiyyətlə, son altı ayda Prezident İlham Əliyevin çıxışları dünya mediası, eləcə də ölkə ictimaiyyətinin müzakirəsinə səbəb olur.

Prezidentin dörd dildə - Azərbaycan, türk, ingilis və rus dillərində 35 müxbirin verdiyi 50-yə yaxın suala cavab verməsi onun natiqlik məharətini də üzə çıxarıb.

Millət vəkili Hikmət Babaoğlu Baku TV-yə bildirib ki, media adlandırılan “yumşaq güc” vasitəsinin imkanlarından dünyanın heç bir siyasi lideri bu qədər effektiv istifadə etməyib:

“Azərbaycan prezidentinin medianın bu imkanlarından istifadə etməsi, bir dildən digər dilə çox rahat keçməsi bir liderin öz ölkəsinin maraqlarını məharətlə dünyaya çatdırmasıdır. Bu dünya liderləri arasında görünən yeni bir təcrübə idi”.

Millət vəkili Cavid Osmanov isə bildirib ki, Prezident bütün sualları əsaslı faktlara söykərək dəqiq və ətraflı cavablandırdı:

“Bu mətbuat konfransını Prezidentin özünün şəxsən rəhbərlik etdiyi Azərbaycanın informasiya müstəvisində, o cümlədən diplomatik sahədə qazandığı növbəti şanlı qələbə kimi qiymətləndirmək olar”.

BAKU.WS
VİDEO