SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Ermənistan baş nazirinin mətbuat katibi Qoar Poqosyan hökumətin "DQR”in müstəqilliyinin tanınması ilə bağlı qanun layihəsini bəyənməsi barədə xəbərləri təkzib edib.

BAKU.WS-in məlumatına görə, bu barədə Qoar Poqosyan öz Facebook səhifəsində yazıb. "Hökumətin yekun fikrində qeyd olunur ki, icra orqanı qanun layihəsinin qəbulunu Ermənistanla Dağlıq Qarabağ arasında hadisələrin sonrakı inkişafı, o cümlədən xarici amillər nəzərə alınmaqla müzakirələrin nəticəsi ilə şərtləndirəcək. Başqa sözlə, indiki mərhələdə hökumət DQR-in müstəqilliyinin tanınması barədə qanun layihəsini bəyənməyib”, - deyə ba. nazirin müavini bildirib.

BAKU.WS