Almaniyanın XİN rəhbəri: "Dağlıq Qarabağda qalıcı həllə ehtiyacımız var"

"Dağlıq Qarabağda qalıcı həllə ehtiyacımız var"
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu sözləri Almaniyanın Xarici İşlər naziri Hayko Maas ölkəsinin Avropa Şurası Nazirlər Komitəsindəki sədrliyi çərçivəsində AŞPA-nın qış sessiyasındakı çıxışında deyib.
O bildirib ki, Almaniya ATƏT-in Minsk qrupu çərçivəsində prosesə öz töhfəsini verməyə, məsələnin həll yolu tapılmasına kömək etməyə hazırdır.
“Biz ATƏT-in Minsk qrupu və Şərq Tərəfdaşlığı kontekstində Aİ tərəfdaşlarımızla hər iki ölkənin razılılığa gələ bilməsi ümidi ilə işbirliyimizi davam etdiririk”, - deyə H.Maas bildirib.
“Sülhün əldə edilməsindən sonra da hər iki ölkənin üzləşdiyi çətinliklər olub. Prosesdə hər hansı bir irəliləyiş iki ölkənin bir-biri ilə dialoqa girmək üçün göstərəcəyi iradədən asılı olacaq və biz bu prosesi əlbəttə ki, dəstəkləyirik. Bilirik ki, proses hər iki ölkədə və regionda stabilliyə öz təsirini göstərir".
Oxşar xəbərlər
Bir qrup hərbi qulluqçu “Vətən uğrunda” medalı ilə təltif edildi - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqındasərəncam imzalayıb....