VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışıb.

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.

İki ölkənin lideri Azərbaycan-Türkiyə və regional məsələlərlə bağlı müzakirə aparıblar.

R.T.Ərdoğan Azərbaycanın haqlı və böyük bir mübarizə ilə əldə etdiyi Qarabağ zəfərinin regionda sülh və rifah üçün yeni imkanlar yaratdığını bildirərək qeyd edib ki, Türkiyənin Azərbaycana bu yeni mərhələdə bütün sahələrdə dəstəyi davam edəcək.

Türkiyə Prezidenti Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə bərpa və yenidənqurma işlərinin başlamasından məmnunluq hissi duyduğunu söyləyib.


BAKU.WS