Beynəlxalq Cüdo Federasiyasının Prezidenti Azərbaycan Prezidentini təbrik edib

Beynəlxalq Cüdo Federasiyasının Prezidenti Azərbaycan Prezidentini təbrik edib
Siyasət 49

Beynəlxalq Cüdo Federasiyasının Prezidenti Marius Vizer Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

BAKU.WS xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi təbrik edir, Zati-alinizə və ailənizə ən xoş arzularımı çatdırır, böyük nailiyyətlər və xoşbəxtlik diləyirəm.

Sizə və Azərbaycana bütün bəşəriyyət üçün sülh və tərəqqiyə töhfə verəcək yeni-yeni nailiyyətlər və firavanlıq dolu yeni il arzulayıram".

Son xəbərlər