SİZİN REKLAM BURADA!
055 213 76 73


 

"İşğala baxmayaraq, Azərbaycan inkişaf edir. 2014-cü ilə qədər Azərbaycan dünyada ən sürətli inkişaf edən ölkələrdən biri olub”.

 

BAKU.WS xəbər verir ki, bunu Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev deyib.

"Azərbaycan zəngin enerji resurslarına malikdir, lakin əsas məqsədimiz "qara qızıl”ı insan kapitalına çevirməkdir. İslahatların aparılması göstərir ki, iqtisadiyyatımız şaxələndirilmiş iqtisadiyyatdır, neft və qazdan asılılığımız azalır. Şərq-Qərb nəqliyyat dəhlizi yeni bir İpək Yolu olacaq. Azərbaycan Şimal-Cənub dəhlizinin yaradılmasında da aktiv iştirak edir. Əgər ölkələr qarşılıqlı əlaqədədirsə, daha çox inkişaf edirlər. Biz daha yaxşı əməkdaşlıq formalarının yaranması istiqamətində çalışırıq. Multikulturalizm, tolerantlıq region xalqlarının həyatını daha da yaxşılaşdıracaq”, - Prezident əlavə edib.


İlham Əliyev deyib ki, multikulturalizm trendlərinin gücləndirilməsi çox müsbət tendensiya ola bilər. Bütün məsuliyyətli siyasətçilər bu müsbət dinamikaya töhfə verməlidirlər. Çünki bunun əksi ksenofobiyadır.


Dövlət başçısı çıxışında Ermənistan – Azərbaycan münaqişəsinə də toxunub. O deyib ki, ərazimizin 20 faizi Ermənistan tərəfindən işğal olunub. ATƏT-in Faktaraşdırıcı Missiyasının hesabatında işğal altında olan ərazilərdə mədəni və dini abidələrin dağıdıldığı əksini tapıb. Ancaq Azərbaycanda erməni kilsəsi bərpa olunub. Beynəlxalq ictimaiyyət, BMT Təhlükəsizlik Şurası erməni işğalçı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edir. Amma Ermənistan bu qətnamələrə məhəl qoymur. Bəzi hallarda görürük ki, BMT qətnamələri bir neçə saat, bir gün ərzində həyata keçirilir. Azərbaycana gəlincə, 20 ildən artıqdır, bu qətnamələr yerinə yetirilmir".

 

Bununla belə İlham ƏliyevAzərbaycanın nə yolla olsa da, öz ərazi bütövlüyünü bərpa edəcəyini, işğal olunmuş torpaqların azad olunacağını bəyan edib.

BAKU.WS