Hərbi vəziyyət ləğv edildi - FƏRMAN

Prezident İlham Əliyev Hərbi vəziyyətin ləğv edilməsi haqqında Fərmanı imzalayıb.
BAKU.WS-in məlumatına görə, Fərmanla “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı və 8-ci maddələrinə əsasən qərara alınır:
- “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının bütün ərazisində elan edilmiş hərbi vəziyyət 2020-ci il 12 dekabr saat 00:00-dan ləğv edilsin.
- Bu Fərman təsdiq olunması üçün Azərbaycan Respublikasının Milli Məclisinə göndərilsin.
- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsindən irəli gələn vəzifələrin həyata keçirilməsini təmin etsin.
Oxşar xəbərlər
Prezident Cinayət Məcəlləsində dəyişiklikləri təsdiqlədi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. BAKU.WS xəbər verir ki, sənədə əsasən, Cin...
